Azərbaycanda dövlət satınalmaları sənədləri saxtalaşdırılıb - Dövlət Xidməti Baş Prokurorluğa müraciət etdi
Dövlət Xidməti satınalmalarıda ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Belə ki, 25-dən çox saxta məktub Təhsil Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Təhsil Nazirliyinin təqdim etdiyi sənədlər əsasında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində dövlət satınalmaları sənədlərinin saxtalaşdırılması ilə əlaqədar Baş Prokurorluğa müraciət ünvanlayıb.
Xidmətin yaydığı məlumatda bildirilir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adından hazırlanmış və Təhsil Nazirliyinin tabeliyində olan qurumları üçün bir mənbədən satınalma metodunu tətbiq etməklə həyata keçirilməsini, həmçinin müsabiqələr nəticəsində müqavilələrin bağlanılmasını nəzərdə tutan iyirmi beşdən çox saxta məktub Təhsil Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən saxta sənədlərin hazırlanması əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu nəzərə alaraq Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)

