Dövlət Neft Fondu defisitdən profisitə keçib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin gəlirləri milyard 1,2 milyon manat, xərcləri isə 12 milyard 249,4 milyon manat məbləğində proqnozlaşdırılmışdır. Hesabat ilində Fondun büdcəsinin icrası defisitlə proqnozlaşdırıldığı halda neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulduğundan artıq olması, idarəetmə gəlirlərindəki müsbət tendensiya, eyni zamanda xərclərin proqnoza nisbətdə az icrası fonunda Fondun büdcəsi profisitlə yekunlaşmışdır.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ndə bildirilir.
Qeyd edilib ki, 2021-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 73 milyard 488,7 milyon manat və ya 43 milyard 564,3 milyon dollar təşkil etmişdir. 2021-ci il ərzində manat ifadəsilə Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 15 milyard 985,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (8 milyard 001,2 milyon manat) 199,8 faiz səviyyəsində icra edilmişdir. 2021-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 11 milyard 382,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 milyard 249,4 milyon manat) 92,9 faiz səviyyəsində icra olunmuşdur.
2021-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 4 milyard 603 milyon manat və yaxud 2 milyard 707,4 milyon ABŞ dolları məbləğində profisit yaranmışdır (2020-ci il üzrə 3 milyard 64,5 manat və ya 1 802,4 milyon ABŞ dolları defisit təşkil etmişdi).
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 40 ABŞ dolları nəzərdə tutulduğu halda 2021-ci il ərzində xalis mədaxil qiyməti 65,4 ABŞ dolları təşkil etmişdir.
“Xam neftin orta illik xalis mədaxil qiymətinin Fondun büdcəsində nəzərdə tutulmuş illik qiymətə nisbətdə 63,5% artıq olması, vəsaitlərin idarəedilməsindən gəlirləri proqnoza nisbətdə 332,7% çox icra edilməsi, eyni zamanda Fondun hesabat ilində büdcədənkənar xərclərinin olması, büdcə xərclərinin isə 7,0% az icrası nəticəsində Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaratmışdır”,- rəydə bildirilir.
2021-ci il üzrə neftin qiymətinin proqnoza nisbətdə 25,4 ABŞ dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından əlavə olaraq 3 milyard 208,9 milyon ABŞ dolları daxil olmuş, eyni zamanda Fondun valyuta aktivlərinin idarə edilməsindən proqnoza qarşı əlavə olaraq 1 milyard 486,9 8 milyon ABŞ dolları məbləğində vəsait daxil olmuşdur ki, bu da Fondun büdcəsinin profisitlər icrasına və aktivlərin həcmində artıma səbəb olunmuşdur. Belə ki, 2021-ci ilin 31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 1 milyard 460,8 milyon ABŞ dolları və yaxud 3,4 faizə qədər artaraq 45 milyard 25,1 milyon ABŞ dolları (75 milyard 972,3 milyon manat) təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 5 d. əvvəl
- 10 d. əvvəl
- 14 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb













.jpg)


