"2024-cü il faizlərin endirilməsi ilidir"
"Bridgewater Associates LP" hedcinq fondunun təsisçisi Ray Dalio, iqtisadiyyatların staqflyasiya təzyiqi altında olduğu bir dövrdən sonra mərkəzi bankların 2024-cü ildə faiz dərəcələrini azaltmalı olacağını proqnozlaşdırır.
Marja.az xəbər verir ki, Avstraliya Maliyyə İcmalına (AFR) verdiyi müsahibədə Dalio deyib: “Biz inanırıq ki, bir çox maliyyə aktivlərində düzəlişlər və ya aşağı hərəkətlərlə nəticələnə biləcək sərt pul siyasəti mərhələsindəyik. Bunun acısı çox böyük olacaq və 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinə yaxın bir zamanda mərkəzi bankları yenidən pul siyasətlərini yumşaltmağa məcbur edəcək".
Həmçinin fyuçers bazarları ABŞ və Böyük Britaniya da daxil olmaqla digər inkişaf etmiş iqtisadiyyatlarda faiz dərəcələrinin təxminən 2 il ərzində aşağı salınacağı ilə bağlı qiymətlər qoyur. Ancaq indiki vəziyyətdə 60-dan çox mərkəzi bank inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırıb, bazarlar faiz artımının necə olacağına fokuslanıb.
"Bu, staqflyasiyaya səbəb olacaq struktur inflyasiya vəziyyətidir", - Dalio deyib.
Staqflyasiya durğunluq, işsizlik və inflyasiyanın eyni vaxtda baş verməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
7 d. əvvəl
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib
-
15 d. əvvəl
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik oldu - Bayramov Kərimov ilə əvəz edildi
- 35 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycanda 10 milyon dollar nizamnamə kapitalı olan yeni şirkət yaradılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi formalaşdırıldı
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib
1,4 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ən çox oxunanlar
Aprelin 9-da gözlənilən hava şəraiti
Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib
Azercell ən çox vergi ödəyən mobil operatordur
"Kontakt Home" ödədiyi 40 milyon manat vergi məbləği ilə rəqibləri arasında 1- ci yeri tutub
Azərbaycanda ən çox vergi ödəyən bankların adları məlum oldu - "KAPİTAL BANK" 1-Cİ YERİ TUTUB
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında müqavilə imzalanıb
Azərbaycanda ən çox vergi ödəyən 10 şirkət






















