Avropa Rusiya neft və qazından xilas olmaq üçün 195 milyard avro xərcləməli olacaq
2030-cu ilə qədər Aİ enerji istehlakını 13% azaltmalı olacaqAvropa İttifaqı (Aİ) Rusiyadan enerji asılılığından xilas olmaq üçün qarşıdakı beş il ərzində əlavə 195 milyard avro xərcləyəcək.
Marja.az xəbər verir ki, bunu çərşənbə günü "Financial Times" qəzeti öz internet saytında yazıb. Belə bir büdcə Avropa Komissiyası (AK) tərəfindən sürətlənmiş enerji keçidi üçün hazırlanan layihədə göstərilib.
Nəşrin oxuduğu sənəddə deyilir ki, “Rusiyanın yanacaqlarından asılılığın sürətlə azaldılması bərpa olunan enerjiyə sürətləndirilmiş keçidlə mümkündür”. Bunun üçün 2030-cu ilə qədər Avropa İttifaqı enerji səmərəliliyi hesabına enerji istehlakını planlaşdırılan 9% əvəzinə 13% azaltmalıdır. Həmçinin bərpa olunan mənbələrdən enerji istehsalını iki dəfədən çox artıraraq, Avropa istehlakındakı payını 2020-ci ildəki 22%-dən 2030-cu ilə qədər 45%-ə çatdırmaq hədəflənir. AK-nin daha əvvəl təklif etdiyi hədəf 40% pay idi.
"Financial Times"ın məlumatına görə, layihənin rəsmi təqdimatı mayın 18-də planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
- 18 d. əvvəl
-
21 d. əvvəl
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
-
37 d. əvvəl
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
-
43 d. əvvəl
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
- 1 saat əvvəl
-
1 saat əvvəl
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
-
1 saat əvvəl
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
-
2 saat əvvəl
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
Ən çox oxunanlar
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
Azərbaycan neftinin son qiyməti
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır


























