FAO-nun baş direktoru AQTİ laboratoriyalarının fəaliyyətini yüksək qiymətləndirib
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Baş direktor İnstitutun laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İnstitutun fəaliyyət istiqamətləri, eləcə də tabeliyində fəaliyyət göstərən laboratoriyalar və onların maddi-texniki bazası barədə qonağa geniş məlumat verib. Bildirib ki, laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.
Laboratoriyalara baxış zamanı Q.Donqyu Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində molekulyar-bioloji sınaqlarının aparılması prosesini izləyib. Qeyd olunub ki, bu bölmədə GMO, ətin mənşəyi, ekspress üsulla qida patogenlərinin təyini sınaqları həyata keçirilir. Daha sonra Kimyəvi müayinələr bölməsinə, fındıqda aflatoksin müayinəsi aparılan maye xromatoqraf otağına, həmçinin fiziki-kimyəvi sınaqlar, pestisid və antibiotik qalıqları sınaqları həyata keçirilən laborator otaqlarla baxış keçirilib.
AQTİ-nin laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olan FAO-nun Baş direktoru Qu Donqyu ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, burada beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının ölkədə qida təhlükəsizliyinin təmin edilməsində rolunu xüsusi vurğulayıb. Donqyu qeyd edib ki, laboratoriyalarda müayinələr beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)



.jpg)

