Əşyanın nisyə satılması haqqında müqavilə kredit müqaviləsi adlanır
Alqı-satqı zamanı müqavilə bağlanarkən, müqavilədə əşyanın dəyərinin ya həmin əşya alındığı zaman, ya da müəyyən müddət sonra ödənilməsi nəzərdə tutula bilər. Əşyanın alındığı vaxtdan müəyyən müddət sonra ödənilməsi əşyaların nisyə satışı hesab olunur. Əşyanın nisyə satılması haqqında müqavilə həmin əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə də bağlana bilər ki, belə müqavilə kredit müqaviləsi adlanır. Son zamanlar kredit müqavilələrindən daha çox istifadə olunur. Təcrübə göstərir ki, bu istiqamətdə problemlər yaşanır, bu problemlərin əsasını da ödənişlərin gecikdirilməsi təşkil edir.
Ödənişin gecikdirilməsi hansı nəticələrə səbəb olur?
Malı təhvil almış istehlakçı müqavilədə nəzərdə tutulan müddətdə ödənişi həyata keçirmədikdə, satıcı malın qiymətinin ödənilməsini və ya həmin malın qaytarılmasını tələb edə bilər.
Alıcı verilmiş əşyanın ödənişini müqavilədə nəzərdə tutulan müddətdə ödəmədikdə, qanunvericilikdə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa gecikdirilmiş məbləğə görə uyğun faizlər ödəməlidir. Bu bir qayda olaraq, müqaviləyə görə malın dəyərinin ödənilməli olduğu gündən ödənildiyi günədək hesablanır. Bununla belə kredit müqavilələrində, alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi də nəzərdə tutula bilər. Faizlə bağlı məsələlər kredit müqaviləsində qeyd olunur.
İstehlakçılara tövsiyə olunur ki, kredit müqaviləsi bağlayarkən faizlə bağlı müddəalara diqqətlə nəzər salsınlar və bu müddəalar onları qane etmədikdə həmin şərtlərlə müqavilə bağlamaqdan çəkinsinlər!
© competition.gov.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



.jpg)
