Azərbaycanın böyük bankı 2022-ci ilə də artımlarla başlayıb – MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
Aktivlərinin həcminə görə Azərbaycanda ən böyük bank olan “ABB” ASC 2022-ci ilin 1-ci rübünü (yanvar-mart dövrünü) 39 milyon 218 min manat xalis mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövrünü 32 milyon 395 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə ABB-nin xalis mənfəəti 6 milyon 823 min manat və ya 21% artıb. Xalis mənfəətin artması faiz və qeyri-faiz gəlirlərinin artmasından qaynaqlanır.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart dövründə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 149 milyon 693 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 75 milyon 609 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 74 milyon 84 min manat təşkil edib. ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 25 milyon 896 min manat ayırdığından və 8 milyon 970 manat mənfəət vergisi ödədiyindən ilk rübü 39 milyon 218 min manat xalis mənfəətlə başa vurub.
GƏLİRLƏRİ ARTIB
2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə ABB-nin faiz gəlirləri 12 milyon 912 min manat və ya 12,2% artaraq 119 milyon 75 min manat, qeyri-faiz gəlirləri isə 547 min manat artaraq 30 milyon 617 min manat təşkil edib. ABB-nin müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 16 milyon 305 min manat, qiymətli kağızlar üzrə faiz gəlirləri isə 2 milyon 523 min manat artıb.
FAİZ XƏRCLƏRİ AZALIB
ABB-nin 2021-ci ilin ilk rübündə faiz xərcləri 26 milyon 711 min manat ikən, 2022-ci ilin ilk rübündə 16 milyon 688 min manata geriləyib (10 milyon 23 min manat və ya 60% azalıb). Bankın qeyri-faiz xərcləri isə 45 milyon 613 min manatdan 58 milyon 921 min manata qalxıb (13 milyon 308 min manat və ya 29,2% artıb).
Beləliklə, cari ilin yanvar-mart dövründə Bankın cəmi əməliyyat gəlirləri 13 milyon 459 min manat, cəmi əməliyyat xərcləri isə 3 milyon 285 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığından Bankın rüblük əməliyyat mənfəəti 63 milyon 909 min manatdan 74 milyon 84 min manata yüksəlib.
AKTİVLƏRİ 11 MİLYARD MANATDAN ÇOXDUR
31 mart 2022-ci il tarixində ABB 11 milyard 649 milyon 880 min manat cəmi aktivlərə malik olub. Bank ötən ilin sonunda 11 milyard 483 milyon 857 min manat cəmi aktivlərə malik idi.
KREDİT PORTFELİ 3,3 MİLYARD MANATA YAXINLAŞIB
ABB tərəfindən müştərilərə verilmiş kreditlər ötən ilin sonu ilə müqayisədə ilk rübdə 178 milyon 421 min manat və ya 5,8% artaraq 3 milyard 277 milyon 868 min manata çatıb. İlk rübdə ABB-nin biznes kreditləri portfeli 96 milyon 879 min manat artaraq 1 milyard 684 milyon 127 min manata, ipoteka portfeli isə 28 milyon 622 min manat artaraq 762 milyon 206 min manata yüksəlib.
İlk 3 ayda ABB-nin qiymətli kağızlara investisiyaları 159 milyon 965 min manat artaraq 1 milyard 523 milyon 481 min manata yüksəlib.
BANKDA DEPOZİTLƏR ARTIB
ABB-nin depozit portfeli 2021-ci ilin sonu ilə müqayisədə cari ilin ilk rübü ərzində 575 milyon 439 min manat və ya 7% artaraq 31 mart 2022-ci il tarixində 8 milyard 837 milyon 105 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 236 milyon 584 min manat artaraq 1 milyard 519 milyon 560 min manata, hüquqi şəxslərin depozitləri isə 338 milyon 854 min manata artaraq 7 milyard 317 milyon 545 min manata çatıb.
31 mart 2022-ci il tarixində ABB 1 milyard 255 milyon 859 min manat məcmu kapitala malik olub. İlk rüb ərzində ABB-nin 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 18.38%, məcmu kapitalının adekvatlıq əmsalı 18.19% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün 6% və 12%) yüksək qalmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
5 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
23 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!






















