Azərbaycanda pomidorda qıtlıq müşahidə olunur - "Bir həftəyə qiymətlər..."
Azərbaycan pomidor bazarında tələb təklifi üstələyir, çünki bu məhsulun istehsalı üzrə hal-hazırda qıtlıq müşahidə olunur.
Bunu "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib.
Onun sözlərinə görə, pomidorun yetişməsi 7-8 həftəyə başa gəlir: “7-8 həftə bundan əvvəl qışın ən soyuq günləri idi. Ona görə pomidorun yetişmə prosesi zəif sürətlə gedirdi. Bu səbəbdən pomidor istehsalında aprel ayında məhsuldarlıq azdır. Lakin bir həftədən sonra vəziyyət dəyişəcək, pomidor yetişir, istehsal həcmi artır”.
O əlavə edib ki, sahə pomidorları ölkənin həm cənub rayonlarında, həm də Xaçmaz zonasında iyul ayında bazara çıxmağa başlayır.
“Hazırda istehsalçılarda böyük həcmdə pomidor ehtiyatı yoxdur. Bu səbəbdən qiymətlər artır. Ümumiyyətlə, martın sonu aprel ayı ərzində pomidorun ən baha qiymətə satılan vaxtıdır. Hesab edirəm ki, bir həfəyə qiymətlər enəcək.
Tendensiyaya baxsaq 10 il bundan əvvəl qışda pomidorun 1 kq-ı 8 manat idi, həm qış fəslində camaat pomidor yemirdi. Bu məhsul ancaq toylarda, ad günlərində istifadə olunurdu. İstixana şəraitində pomidorun yetişdirilməsi genişlənəndən sonra artıq Azərbaycan istehlakçısı üçün qışda pomidor qismən aşağı qiymətə 3,5 manata təklif edildi. Qış ayında bu qiymətə pomidor almaq böyük irəliləyişdir. Bir neçə il bundan əvvəl 5-6 manat 8 ABŞ dolları demək idi, hazırda isə 3 manat 2 ABŞ dollarından azdır. Bu deməkdir ki, 10 il ərzində pomidorun qiyməti təqribən 4 dəfə azalıb. Bu gün istixana şəraitində pomidorun yetişdirilməsində aşağı likvidlilik səviyyəsində olan qiymətlərdir. Yəni, pomidorun qış ayında satış qiyməti bir-iki manat ola bilməz. Pomidor qış aylarında iki manata satılsa, bu onun qazdan istifadəni, işçilərin maaşını, gübrənin, toxumun qiymətini ödəməyəcək”, - B.Quliyev deyib.
O əlavə edib ki, ilk növbədə ölkə bazarında pomidora olan tələbat qarşılanır, qalan hissəsi isə ixrac edilir.
O, pomidorun Rusiyaya ixracındakı son vəziyyəti açıqlayıb: “Rusiya-Ukrayna müharibəsi başlayanda şimal qonşumuzun sərhəd-keçid məntəqəsində məhsullarımız günlərlə qalırdı. Sərhəddə yük maşınlarının buraxılma sürəti çox aşağı idi. Bu isə məhsullarımızın xarab olmasına səbəb olurdu. Martda istehsalçılarımız çox əziyyət çəkdilər, böyük ziyana uğradılar. Hazırda pomidorun Rusiyaya ixracı davam edir. Son 3 həftə ərzində sərhəd-keçid məntəqələrində yük maşınlarının keçmə sürəti normallaşıb. Hazırda avtomobillər 5-6 günə təyinat məntəqəsinə çatır”.
Onun sözlərinə görə, Rusiyaya ixrac edilən pomidorun qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb: "Bizim müşahidələrimizə görə, ucuzlaşma təqribən 15 %-dir. Çünki Rusiyanın özündə də istehsal artıb, bu da bazardakı təklifə təsir edir. Bununla yanaşı, əhalinin alıcılıq qabiliyyəti azalıb".
İxrac olunan məhsullara görə ödənişə gəldikdə isə B.Quliyev deyib ki, Rusiyada müəyyən banklara sanksiyalar tətbiq edilir: “Həmin banklar vasitəsilə ödəniş həyata keçirmək mümkün olmur, amma digər banklar vasitəsilə ödənişlərdə problem olmur".
O vurğulayıb ki, dünya bazarlarında gübrə 3 dəfə bahalaşıb: “Rusiya gübrə ixracına qadağa qoyub. Bu isə dünya bazarlarında gübrənin bahalaşmasına səbəb olub. İstixana şəraitində istifadə edilən damlama gübrələri Azərbaycana artıq Rusiyadan yox, Avropadan, Çilidən, İsraildən gəlir. Rusiyadan gələn gübrə daha çox açıq sahələr üçün istifadə edilən gübrələrdir. Rusiyadan idxal edilən gübrə taxılçılıqda, qarğıdalının, soyanın, yoncanın yetişdirilməsində istifadə edilir”.
O deyib ki, bu il "SOCAR Karbamid" tərəfindən yerli bazara daha ucuz qiymətə karbamid təklif edib: “SOCAR Karbamid" ötən il hansı qiymətə karbamidi yerli bazarda satmışdısa, bu il də həmin qiymətə satıb. Buna görə dünya bazarlarında gübrənin qiymətinin artması ölkə bazarına böyük təsir göstərməyəcək”.
B.Quliyev əlavə edib ki, meyvə-tərəvəz istehsalı üçün toxum Rusiyadan böyük həcmdə alınmır: “Toxumçuluğun inkişafının əsasını seleksiya elmi təşkil edir və bu elm Avropada, Yaponiyada, ABŞ-da, İsraildə inkişaf etdiyi üçün həmin ölkələrdən olan firmalar dünyada toxumların satışı üzrə liderdir. Hazırda dünya bazarlarında toxum bahalaşıb. İstixana sektorunda istifadə olunan toxumların 99 %-i xaricdən gəlir, taxılçılıqda artıq yerli toxum istehsalçıları mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tərəvəzçilik Tədqiqat İnstitutu toxumları bazara çıxardırlar və bu istiqamətdə ilkin addımları atırlar. Toxumçuluğun inkişafı üçün 10 ilə yaxın müddət lazımdır. 3-4 ildir ki, Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə məşğuldur, ona görə daxili tələbatın böyük hissəsi xarici toxum hesabına qarşılanır”.
Bu ilin yanvar-mart aylarında Azərbaycan 38 milyon 822 min ABŞ dolları dəyərində 31 min 763 ton pomidor ixrac edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 12 247 ton (62,7 %), dəyər ifadəsində isə 17 milyon 563 min ABŞ dolları (82,6 %) çoxdur.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 6 saat sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
8 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
9 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
9 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
9 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
9 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ




















.jpg)



