Hazırda son tamamlama işləri aparılır, yaxın tarixdə fəaliyyətə başlayacaq
“Yaxın tarixdə “Bakı KOB evi”nin fəaliyyətə başlaması nəzərdə tutulur və hazırda son tamamlama işləri aparılır. “Bakı KOB evi”ndə 130-a yaxın xidmət masasında sahibkarlara “G2B” və “B2B” xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada həmçinin, startaplar üçün mərkəz, mediasiya mərkəzi və KOB inkişaf mərkəzi fəaliyyət göstərəcəkdir”.
Marja xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Orxan Məmmədov bildirib.
Orxan Məmmədov qeyd edib ki hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evinin fəaliyyət göstərir və burada indiyədək sahibkarlara 88 mindən çox xidmət göstərilib. KOB evlərində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 99% təşkil edir. Yevlax və Xaçmaz KOB evlərinin təcrübəsi sahibkarlar üçün KOB evlərinin vacib platforma olduğunu deməyə əsas verir.
Qeyd edə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib.
Məlumat üçün qeyd edək ki, Koordinasiya Qrupu sahibkarlığın inkişafı siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə KOBİA arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.
İclasda çıxış edən Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına göstərilən dəstəyin göstəricisidir. Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması baxımından KOB evlərinin fəaliyyətinin önəmini diqqətə çatdıran Niyazi Səfərov bu sahədə dövlət qurumlarının birgə fəaliyyətinin önəmini vurğulayıb.
İclasda KOB evlərinin fəaliyyəti, “Bakı KOB evi”nin yaradılması və burada dövlət qurumlarının fəaliyyətinin təşkili məsələləri müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
28 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)

