İtaliyadan qaz "hücumu" - Əlcəzair Rusiyanı əvəz edəcək
İtaliyanın baş naziri Mario Draqinin bu gün Əlcəzairdə qatılacağı tədbirdə Əlcəzairdən idxal edilən qazın miqdarını 50% artıracaq müqavilə imzalayacağı bildirilir.Bloomberg mənbələrinə görə, Əlcəzair bazar ertəsi imzalanacaq yeni müqavilə ilə İtaliyaya ixrac edəcəyi qazın həcmini 50 faiz artıracaq. Müqavilə Əlcəzairə Rusiyanı əvəz etməyə imkan verəcək və onu İtaliyanın ən böyük qaz tədarükçüsünə çevirəcək.
Marja xəbər verir ki, Bloomberg-in hesabatına görə, Şimali Afrika ölkəsi İtaliyaya hər il ixrac edəcəyi qazın həcmini 9-10 milyard kubmetr artıracaq. İtaliya 2021-ci ildə Rusiyadan 29 milyard kubmetr, Əlcəzairdən isə 21 milyard kubmetr qaz idxal edib.
Razılaşmanın bazar ertəsi Əlcəzairə səfər edəcək İtaliyanın baş naziri Mario Draqinin Əlcəzair prezidenti Abdelmadjid Tebbune ilə qatılacağı tədbirdə imzalanması gözlənilir. Müqaviləyə Əlcəzairdən qaz idxalının artırılması və bərpa olunan enerjiyə birgə investisiyalar daxildir.
Qaz istehlakının 40%-i Rusiya qazından asılı olan İtaliya, Avropa İttifaqı liderlərinin Rusiyanın Ukraynaya hücumuna qarşı daha sərt mövqe tutmağa çalışdığı üçün alternativ tədarüklər axtarıb. Ölkə Avropa İttifaqının Rusiya qazına qadağa qoyulması ilə bağlı qərar verəcəyi təqdirdə bu addımı dəstəkləyəcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 16 d. əvvəl
-
27 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 31 d. əvvəl
-
43 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)











.jpg)

