Azərbaycanın təbii mineral suyu İtaliyada da süfrələri bəzəyəcək - VİDEO
Azərbaycanın məşhur mineral sularından olan “Badamlı”nın Dünyada alıcı kütləsi artır. Hazırda“Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İraq, Kanada, Türkiyə və Özbəkistana ixrac olunur. Yaxın günlərdə “Badamlı" mineral sularının İtaliyaya da ixracına başlanacaq. Bu əlamətdar hadisə Şirkətin 75-ci ildönümünə təsadüf edir.
Marja xəbər verir ki, ilk öncə "Badamlı"nın İtaliyanın biznes və sənaye mərkəzi olan Milan şəhərində satışına başlanılacaq.
Bu münasibətlə reklam çarxı hazırlanıb. Çəkilişlər Milan şəhərində aparılıb.
Şahbuz rayonunda yerləşən Badamlı kəndinin mineral bulaqları XIX əsrin sonlarında baş verən zəlzələ nəticəsində ortaya çıxıb. 1947-ci ildə kiçik istehsal sahəsi yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılıb.
Möcüzəvi Badamlı suyu dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxarılır. İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən təbii mineral su 75 ildir ki, süfrələri bəzəyir.
Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1945-1947-ci illərdə onun rəhbərliyi altında Şahbuz rayonu, Badamlı qəsəbəsi ərazisində aparılan elmi-tədqiqat işlərinin nəticəsində “Badamlı” mineral bulağı aşkar olunub.
Azərbaycanda ilk dəfə 1947-ci ildə mineral suyun qablaşdırılmasına başlanılıb.
Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində “Badamlı” mineral suyunun da istehsal həcmi artmışdır.
İstehsal edildiyi gündən Badamlı mineral suyunun şöhrəti Sovet İttifaqı miqyasında sürətlə yayılırdı. Artıq 1970-1980-ci illərdə Badamlı zavodunda istehsal olunan məhsulun 90%-i xarici ölkələrə ixrac edilirdi.
1947-ci ildən bəri kiçikdən böyüyə hər kəsin dilində əzbər olan "Badamlı" suları müasir dövrümüzdə də Azərbaycanın su bazarında ən çox sevilən məhsullardan biridir.
Mineral suya olan tələbat artdığı üçün 2009-cu ildə Badamlı qəsəbəsində ümumi sahəsi 10590 m2 olan yeni zavod inşa edilib. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarlarından ibarətdir.
Mineral suyun qablaşdırılması üçün müəssisədə Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılıb.
2020-ci ilin əvvəllərində “Badamlı”-nın yeni istehsal binası istifadəyə verilib. Mövcud istehsal müəssisəsində günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir.
Müştərilərin xəbərləri
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 41 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib






.jpg)













.jpg)


