“Veysəloğlu” şirkəti uşaqlar üçün xeyriyyə tədbiri keçirib
4-15 yaş aralığında 23 uşağa bayram sevinci yaşadılıb.(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu” MMC Yeni Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evini ziyarət edərək, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayram şənliyi keçirib.
Tədbirdə uşaqlara şirniyyat hədiyyələri ilə yanaşı, onların yaş kateqoriyalarına uyğun oyuncaqlar da təqdim olunub. Həmçinin uşaqların tibbi ehtiyaclarının qarşılanmasına dəstək göstərilib.
Xeyriyyə tədbirinin həyata keçirilməsinə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki, “Xonça-Catering” şirkəti, “AVT Logistika” MMC, həmçinin “Veysəloğlu” MMC-nin distibütor olduğu şirkətlər/markalar (Nestle, Eti, Şölen, Perfetti, Haribo, Sweet Plus, Azgranata, “Sehri” şirələri, “Destgah” çayları) dəstək olublar.
Tədbirin təşəbbüskarı və əsas təşkilatçısı olan “Veysəloğlu” MMC 28 ildir ki, Azərbaycan distribütor bazarında fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bu şirkət hazırda 4060 çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir.
Hər bayramı xalqımızla birgə qeyd edən Veysəloğlu Şirkətlər Qrupu Novruz ərəfəsində əhalinin həssas qruplarından olan 225 aztəminatlı ailəyə ərzaq dəstəyi göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub






















