Azərbaycanda yük daşıyıcılarına yeni sığorta məhsulu təklif olunacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC ölkədə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətləri, eləcə də Azərbaycan və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə görüş keçirib.
Bu barədə dövlət şirkətindən bildirilib.
Məlumata görə, görüşdə yeni yaradılan “Avtomobillə yük daşıyıcılarının mülki məsuliyyəti” sığorta məhsulu və digər əməkdaşlıq imkanları müzakirə olunub.
Yeni sığorta məhsulunun yaxın vaxtlarda müştərilərin istifadəsinə verilməsi planlaşdırılır.
Bu sığorta məhsulu quru yolu ilə həyata keçirilən beynəlxalq daşımalara şamil olunur. Transport zamanı yükün itməsinə, məhv olmasına, yaxud korlanmasına görə sığortalı daşıyıcının yükgöndərən və ya alıcı qarşısında olan mülki məsuliyyətini sığorta təminatı altına alır. Sığorta təminatı daşıyıcının yükü yükgöndərəndən təhvil aldığı zamandan qüvvəyə minir, alıcıya təhvil verdikdən sonra qüvvədən düşür.
Sığortalılar əlavə sığorta haqqı ödəməklə digər mülki məsuliyyətlərə görə də təminatlar əldə edə bilərlər:
-Yükün yanlış ünvana çatdırılması nəticəsində yaranmış maddi ziyana görə mülki məsuliyyət;
-Yükün daşınması zamanı daşınan yükün/konteynerin sәbәb olduğu üçüncü şәxslәrin hәyatına, sağlamlığına, әmlakına, o cümlәdәn әtraf mühitә dәymiş ziyana görә mülki məsuliyyət.
Xidmətin əlçatanlığının təmin olunması və prosesin asanlaşdırılması məqsədilə “Azərpoçt” sığorta paketinin bütün nəzarət-keçid məntəqələrində təqdim olunmasını təşkil edir. TIR sürücüləri və sahibkarlar uzağa getmədən, gömrük-sərhəd buraxılışlarında yerləşən “Azərpoçt” məntəqələrində və digər “Azərpoçt” şöbələrində “Avtomobillə yük daşıyıcılarının mülki məsuliyyəti” sığorta xidmətindən faydalana bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



