Bank VTB (Azərbaycan) mütəxəssis axtarır
Bank VTB (Azərbaycan) ASC Risklərin analizi, metodologiyası və hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi və mütəxəssis vəzifələri üzrə vakansiya elan edib.
Tələblər:
-İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;
-Bank sektorunda risk-menecment və ya kredit təhlili sahəsində iş təcrübəsi (ən azı 1 il);
-Təhlil etməbacarığı, geniş məlumat bazası ilə işləmək bacarığı;
-Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları barədə biliklər;
-Risk-menecment, bank kreditləşməsi, kredit və portfel təhlilinin aparılması sahəsində biliklər;
-Rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma bacarığı;
-MS Office –Excel proqramını peşəkar səviyyədə bilmək, SQL-də işləmə bacarığı;
-Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı.
Vəzifələri:
-Bankın kredit portfelinin konsolidasiya olunmuş təhlili (əsas göstəricilərin dəyişmə dinamikası);
-Üstünlüktəşkiledənriskamillərinin aşkara çıxarılması, risklərin minimallaşdırılması üzrə rəy və təkliflərin formalaşdırılması;
-Risk menecmenti üzrə modellərinin hazırlanması və təkmilləşdirilməsi;
-Qanunauyğunluqların aşkar edilməsi, normativ və indikatorların müəyyən edilməsi məqsədi ilə statistikanın təhlili;
-Göstərici və indikatorun normativlərdən kənara çıxmalarının səbəblərinin müəyyənləşdirilməsi və mövcud sistem və ya modelin təkminləşdirilməsi haqqında təkliflərin irəli sürülməsi;
-Göstəricilərinproqnozlaşdırılması və hesabatların aparılması.
Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























