İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib, qərarlar qəbul edilib
Martın 10-da İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Agentliyin yayadığı məlumatda bildirilir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müşaviri Səməd Bəşirlinin sədrliyi ilə baş tutan iclasda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev və Şuranın üzvləri iştirak ediblər.
İlk olaraq diqqətə çatdırılıb ki, ölkədə fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə ölkə başçısının 22 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb və həmin ilin 21 dekabrında prezidentin müvafiq fərmanı ilə Agentliyinin Nizamnaməsi təsdiq edilib.
Göstərilən bu yüksək etimada görə sədr və üzvləri dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edilib ki, Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Agentliyin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək.
İclasda Elşad Nuriyev tərəfindən 2021-ci il ərzində sənaye zonaları və aqroparklarda həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə məlumat verilib, qrumun illik fəaliyyətinə dair hesabatı dinlənilib, cari il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, təşkilati-inzibati məsələlərlə bağlı müzakirələr aparılıb. Sonda Agentliyin strukturunun formalaşdırılması və digər zəruri hüquqi prosedurların tamamlanması ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



.jpg)
