Baydendən Rusiyaya qarşı sərt sanksiyalar!
ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalarla bağlı “Rusiya banklarına sanksiya tətbiq edirik. Rusiya banklarının Amerikadakı aktivləri dondurulacaq. Biz Rusiyada maliyyə və texnologiya sektorunu sıxışdıracağıq və yaxın illərdə onun imkanlarının azalacağını görəcəyik. Biz Rusiyanın yüksək texnologiya ixracatını yarıya endirmək qərarına gəldik”,- deyib.Bayden mətbuat konfransında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyaları açıqlayıb.
Marja xəbər verir ki, Baydenin açıqlamalarından diqqət çəkən məqamlar aşağıdakılardır:
-"Ukrayna sərhədində 175 min əsgər toplanıb. Putin hər cür yaxşı niyyətli cəhdi rədd etdi. Biz beynəlxalq hüququn pozulmasının şahidi olduq.
-"Ukrayna kimyəvi silahdan istifadə edəcək və soyqırıma hazırlaşacaq” kimi iddiaları eşitmişdik. Ukrayna torpaqlarında iki qondarma respublika Rusiya tərəfindən tanındı.
“Putin bunun nəticələrini çəkəcək”
- Putin müharibə elan etdi. Raketlər Ukraynanın tarixi şəhərlərinə düşməyə başlayıb. Tankların irəlilədiyini gördük. Biz Rusiyanın planlarını şəffaf şəkildə ictimaiyyətlə bölüşdük. Putin burada təcavüzkardır. O, müharibəni seçdi. İndi bunun nəticələrini o və ölkəsi çəkəcək.
- Düşünürük ki, sanksiyalar Rusiya iqtisadiyyatına həm indi, həm də zamanla təsir edəcək. Biz sanksiyaları uzunmüddətli təsirə malik olmaq üçün hazırlamışıq. Bunu açıq şəkildə demək istəyirəm. Biz aylardır ki, koalisiya yaradırıq.
- Söhbət dünyanın 50 faizini təşkil edən qrupdan gedir. Avropa İttifaqına üzv ölkələr, BƏƏ, Yaponiya. Biz Rusiyanın dollarla avro, funt və yen ilə ticarət imkanlarını məhdudlaşdıracağıq. Rusiya ordusunun maliyyələşdirilməsini məhdudlaşdıracağıq.
“Rusiya banklarının ABŞ-dakı aktivləri dondurulub”
- 21-ci əsrdə yüksək texnologiya və iqtisadiyyatın bir hissəsinə çevrilməsinin qarşısını almağa çalışacağıq. Rubl tarixinin ən aşağı səviyyəsini gördü, Rusiya Birjası çökdü. Bu kontekstdə biz Rusiya banklarına qarşı sanksiyalar tətbiq edirik.
- Rusiya banklarının Amerikadakı aktivləri dondurulacaq. Rusiyanın ikinci ən böyük bankı (VTB) da daxil olmaqla, Rusiya elitası, oliqarxları, ailə üzvləri sanksiyalara məruz qalacaqlar. Bunlar Putindən faydalanan seqmentlərdir. Sanksiyalar yaxın günlərdə də davam edəcək.
- Çərşənbə axşamı biz Rusiyanın vəsait toplamaq imkanını məhdudlaşdırdıq. Söhbət 1,4 trilyon dollarlıq aktivləri olan şirkətlərdən gedir. Biz Rusiyada maliyyə və texnologiya sektorunu sıxışdıracağıq və yaxın illərdə onun imkanlarının azalacağını görəcəyik. Biz Rusiyanın yüksək texnologiya ixracatını yarıya endirmək qərarına gəldik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
4 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
4 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















