Rusiya Ukraynaya qarşı hərbi əməliyyata başladı - PUTİNDƏN GÖSTƏRİŞ
Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.
Ukraynanın Donbas vilayətində yerləşən Kramatorsk şəhərində 2 güclü partlayış səsi eşidilib.
Daxil olan xəbərlər arasında böyük partlayış səslərinin Ukraynanın paytaxtı Kiyevdə də eşidildiyi barədə məlumatlar var.
ABŞ prezidenti Co Bayden, "Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır. ABŞ və müttəfiqləri birlik və qətiyyətlə cavab verəcəklər" deyib.
Ukraynadan ilk açıqlama
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba əməliyyatdan sonra verdiyi ilk açıqlamalarda "Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Ukraynanın dinc şəhərlərinə hücumlar davam edir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və etməlidir", - deyib.
XXX
Rusiya Prezidenti Vladimir Putin "Donbasın müdafiəsi üçün" xüsusi əmliyyat keçirilməsi barədə göstəriş verib.
Bu barədə Rusiya rəhbəri xalqa müraciətində bildirib.
Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
“Şimali Atlantika Alyansı Ukraynanı mənimsədiyi halda Rusiya özünü təhlükəsiz hiss edə bilməz. Ukraynadakı vəziyyətə kənar müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək” – deyə Putin vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
- 12 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
-
46 d. əvvəl
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
-
2 saat əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Ən çox oxunanlar
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Restoranda yanğın baş verib
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
















