Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb - 11.5 MİLYARD MANAT
2021-ci il ərzində Azərbaycan daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci il ilə müqayisədə 29% artaraq 38 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 79.6% artaraq 11.5 mlrd. manat olmuşdur.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2020-ci il ilə müqayisədə 9.1% bəndi yüksələrək 31.8%- ə bərabər olmuşdur.
Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2021-ci ilərzində elektron ticarət əməliyyatlarının sayı 2020-ci il ilə müqayisədə 57.5% artaraq 110 mln. ədəd, həcmi isə 81% artaraq 7.5 mlrd. manat olmuşdur.
Təsərrüfat subyektlərində 2021-ci il ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2020-ci il ilə müqayisədə 2.2 dəfə artaraq 105 mln. ədəd, həcmi isə 80% artaraq 3.9 mlrd. manat olmuşdur. O cümlədən, 2021-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2020-ci il ilə müqayisədə 3.8 dəfə artaraq 71.8 mln. ədəd, həcmi isə 5.2 dəfə artaraq 2.6 mlrd. manat olmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























