İsveç şirkəti regional nümayəndəliyi Azərbaycan şirkətinə həvalə etdi
“Assa Abloy Group” şirkəti məhsullarının regional nümayəndəliyini “Unico” QSC-yə həvalə edib.Azərbaycanda qapı və girişə nəzarət sistemləri sahəsində ilk olaraq yerli şirkət regional nümayəndəlik statusuna layiq görülüb. Belə ki, İsveç şirkəti “Assa Abloy Group” məhsullarının regional nümayəndəliyini “Unico” QSC-ə həvalə edib.
“Unico” QSC-dən Marja-ya verilən məlumata görə, hal-hazırkı tərəfdaşlıq müqaviləsi “UNICO” şirkətinin 15 illik fəaliyyəti nəticəsində əldə etdiyi yüksək idarəetmə və istehsalat keyfiyyətlərinə göstərdiyi səylərin nəticəsidir: “Biz bununla qürur duyur, əməkdaşlığımızın uğurlu və uzunmüddətli olacağına ümid edirik”.
Məlumatda qeyd edilib ki, “Assa Abloy” qapı və girişə nəzarət sistemləri üzrə dünya lideridir. Dünyanın 70 ölkəsində 50,000 nəfərə yaxın heyət ilə aşağıdakı məhsulların təminatı üzrə fəaliyyət göstərir:
- Mexaniki və rəqəmsal kilidlər,
- Master Silindirlər,
- Master Açarlar,
- Mühafizə, yanğına davamlı, akustik, metal və taxta qapılar.
“UNICO” tikinti şirkəti 2007-ci ildə yarandığı ildən etibarən Azərbaycanın tikinti bazarında layiqli yer tutur, yüksək keyfiyyətli və peşəkar fəaliyyəti nəticəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacarıb.
“UNICO”nun istehsal törmə şirkəti olan, 2019-cu ildən etibarən müstəqil istehsal bölməsi kimi fəaliyyət göstərən “Unipro” taxta məmulatlar fabrikində “Assa Abloy” standartlarına əsasən yanğına davamlı və akustik qapıların istehsalını həyata keçirəcək.
Bundan əlavə olaraq, müasir avadanlıqlarla təchiz olunmuş nəhəng “Unipro” fabriki aşağıdakı məhsulları təklif edir:
- Hər növ mebellərin istehsalı,
- Metal konstruksiyaların istehsalı və montajı,
- Aluminum profillərin istehsalı.
Ünvan: İzzət Orucova küç1
Telefon: +994123100219
Sayt:www.unico.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
18 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
26 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 36 d. əvvəl
- 42 d. əvvəl
- 45 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır







.jpg)






.jpg)






