Azərbaycanda e-ticarətin həcmi rekorda çatıb - QRAFİK
Ötən ilin dekabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 1 milyard 76 milyon manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord ötən ilin noyabrında qeydə alınıb – 914 milyon manat.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalarına görə, dekabrda bu göstərici noyabr ayı ilə müqayisədə 17,7%, 2020-ci ilin eyni ayı ilə müqayisədə isə 2,5 dəfə artıb.
Qeyd edək ki, 2021-ci ildə əhali e-ticarət şəbəkəsində 7 milyard 208 milyon manat həcmində ödənişlər həyata keçirib, bu da 2020-ci illə müqayisədə 86% çoxdur.
Ötən il nağdsız ödənişlərin həcmi 11 milyard manatı keçib
2021-ci ildə Azərbaycanda debet və kredit kartları vasitəsilə 11 milyard 172 milyon manat həcmində nağdsız ödənişlər həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 82,7% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 37 milyon manatı ATM-lər, 3 milyard 926 milyon manatı POS-terminallar, 7 milyard 208 milyon manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























