Hər kəs sahibsiz heyvanları xilas edə bilər!
(®) Sosial dairələrdə səs-küyə səbəb olmuş “Friends Animal Support Agency” layihəsinin komandası cəmi bir neçə gün əvvəl son yarım ildə üzərində işlədikləri layihə haqqında məlumat yayıb.
"Çoxunuz sual verirdi ki, "Siz hansı möhtəşəm layihə üzərində çalışırsınız?"... Biz isə "gözləyin, birazdan məlumat verəcəyik" deyə cavab veriridik... Artıq vaxt çatıb - Friend's Home 1.0 cihazı artıq tərtib edilmişdir" - layinənin rəsmi səhifəsində deyilir.
“Friend's Home 1.0” layihəsi “Ağıllı şəhər” konsepsiyası çərçivəsində zəruri şəhər infrastrukturunun yaradılmasına yönəlib. Söhbət günəş enerjisi ilə çalışan ağıllı cihazdan gedir. Cihaz sahibsiz heyvanları yem, su və sığınacaqla təmin etməklə yanaşı həm də parklarda, meydanlarda, həyətlərdə və digər ictimai yerlərdə quraşdırıla bilər.
“Friend's Home 1.0” konsepsiyası, onun dizaynı, mühəndis işləmələri və orijinal ideyası “Friends Animal Support Agency” layihəsinin komandasına məxsusdur. Komanda üzvləri bu konsepsiyanı həyata keçirmək üçün vəsait yığımı elan edib. Artıq hər kəs sahibsiz heyvanlara yardım edə bilər. Bunun üçün 5103 0715 2951 2580 (Kapital bank) seriyalı karta istənilən məbləğdə ianə etmək kifayətdir.
Layihənin rəhbəri Kuseba Teymur bildirib ki, Cihaz sahibsiz heyvanlar üçün Ukrayna və Türkiyədə artıq istifadə edilən yem qutuları, həmçinin Avropa ölkələrində plastik qabların toplanması cihazlarının nümunəsi əsasında işlənib hazırlanmışdır. Cihazın həm praktikliyinə, həm də xarici görünüşünə xüsusi diqqət ayrılıb. Belə ki, bu cihazların ilk nümunələri ya nisbətən az funksionallığa malik idi, ya da xoşagəlməz görkəmi ilə şəhərin görünüşünü pozurdu.

Cihazın əsas xüsusiyyətləri sırasında aşağıdakıları qeyd etmək olar: avtomatik doldurulan yem və su qabları; yenidən emal üçün plastik qabların yığılması; istifadə olunmamış içməli suyun yığılması;heyvanlar üçün dam; telefon və digər elektrik cihazların şarj imkanı; informativ tablo; günəş enerjisi ilə çalışma.
“Həm özəl şirkətləri KSM çərçivəsində ([email protected] ünvanına yazmaqla), həm də sahibsiz heyvanların taleyinə laqeyd olmayan vətəndaşları (5103 0715 2951 2580 (Kapital bank) kart hesabına ianə etməklə) təşəbbüsümüzəqoşulmağa çağırırıq”, - layihənin müəllifləri bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub




















