Rusiya 2022-ci ilin fevralında azaltdığı neft hasilatının 85%-ni bərpa edəcək
Rusiya OPEC+ sazişi çərçivəsində 2020-ci ilin may-iyun aylarında azaltdığı maksimum neft hasilatını 85%-ə qədər bərpa edəcək.
Marja xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak fevralda hasilatın 400 min barel artırılmasına qərar verən OPEC+un iclasının yekunu üzrə “Rossiya-24” telekanalına müsahibəsində bəyan edib.
“Rusiya üçün bu, fevral ayında hasilatın 2020-ci ilin may və iyun aylarında olan maksimum azalma səviyyəsindən təxminən 85% bərpasına nail olacağımız deməkdir. Yəni biz hasilatı gündə 1,7 milyon barel bərpa edəcəyik”, - deyə o bildirib.
Novak əlavə edib ki, Rusiya noyabrda sövdələşməni 97% yerinə yetirib. “Rusiya tərəfindən noyabrda sövdələşmənin icrasına gəlincə, səviyyə 97% təşkil edib. Biz əvvəlki kimi öhdəliyimizi praktiki olaraq 100% yerinə yetiririk”, - deyə o qeyd edib.
Aleksandr Novak bildirib ki, koronavirusun yeni Omicron ştammı hazırda xəstəxanaya yerləşdirmə nisbətinin aşağı olması səbəbindən neft tələbinə təsir göstərmir, ona görə də OPEC+ ölkələri razılaşmanın əvvəllər qəbul edilmiş parametrlərini dəyişməmək qərarına gəliblər.
“Müşahidə və təhlillər göstərir ki, koronavirusa yoluxanların sayında böyük artıma baxmayaraq, xəstəxanaya yerləşdirilmə nisbəti kifayət qədər aşağıdır və bu, tələbatın azalmasına təsir göstərmir. Ona görə də hesab edirik ki, hasilatın artırılması çərçivəsində OPEC+-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam etmək lazımdır”.
Rusiya Federasiyası baş nazirinin müavininin sözlərinə görə, görüşdə nazirlər sövdələşmənin icra səviyyəsini də müzakirə ediblər: “Ötən ilin noyabrında bu, 122% olmaqla tarixi səviyyədə idi, yəni gözləniləndən yüksək idi. Bu yaxşı göstəricidir"
Çərşənbə axşamı OPEC+ nazirlərinin konfransı yarım saat ərzində başa çatıb. Sazişin tərəfləri olan ölkələr fevral ayında neft hasilatının sutkada 400 min barel artırılmasını təsdiqləyiblər. Monitorinq komitəsinin rəyinə görə, hazırda neft bazarı balanslaşmış vəziyyətdədir. Eyni zamanda, onlar 2022-ci ilin birinci rübündən sonra bazarın profisitə doğru dəyişməyə başlayacağını və neft ehtiyatlarının artacağını gözləyirlər.
OPEC+ ölkələri hasilatı fevralda, 2020-ci ilin may ayında olduğu kimi sutkada 9,5 milyon yox, cəmi 2,959 milyon barel azaldacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 10 d. əvvəl
-
13 d. əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
- 17 d. əvvəl
- 24 d. əvvəl
-
38 d. əvvəl
Cəbrayıl və Füzuli rayonlarında yanğın - sərhəd boyunca genişlənməyə davam edir
-
13 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
14 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Ən çox oxunanlar
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























