DSMF-nin gəlirlərində 400 milyon manatdan çox artım olub
Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2021-ci ildə də davam edib və bu il DSMF-nin 2021-ci ildə gəlirləri əvvəlki ilə nisbətən 403 milyon manat və ya 8,5 faiz çox olmaqla 5 milyard 152 milyon manat təşkil edib.
Bu barədə Fondun sədri Himalay Məmişov DSMF-nin 2021-ci il üzrə fəaliyyətinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib.
H.Məmişov bildirib ki, Fondun 2021-ci ildəki gəlirlərinin 3 milyard 810 milyon manatını məcburi dövlət sosial sığorta haqları təşkil edib. Bu da əvvəlki illə müqayisədə 7,2 faiz və ya 257 milyon manat çoxdur. 2020-ci ilə nisbətən büdcə təşkilatları üzrə sosial sığorta daxilolmaları 10 mln. manat və ya 0,7 faiz artaraq 1 milyard 380 mmilyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 247 milyon manat və ya 11,3 faiz artaraq 2 milyard 430 milyon manat olub.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 2021-ci ilə dair müvafiq proqnoza nisbətdə 8,8 faiz və ya 307,5 milyon manat artım qeydə alınıb.
Fond sədri DSMF-nin 2021-ci ildəki xərclərini də diqqətə çatdırıb.
Qeyd olunub ki, Fondun bu ilki xərcləri ötən ilə nisbətən 2,8 faiz və ya 130 milyon manat artaraq 4 milyard 841 milyon manat təşkil edib. Xərclərin 4 milyard 716 milyon manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən illə müqayisədə 2,8 faiz və ya 129 milyon manat çoxdur.
Xərclərin 95 faizini əmək pensiyaları, 2 faizini məcburi dövlət sosial sığorta üzrə müavinətlər, 3 faizini isə digər xərclər təşkil edib.
Fondun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 56 xidmət elektronlaşdırılıb, onlardan 42-si proaktiv qaydada həyata keçirilir.
DSMF-nin fəaliyyətinin digər sahələrində aparılan islahatlar, onların nəticələri barədə də məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























