Rusiya üçün "rahat olacaq" neftin qiyməti açıqlanıb
"2022-ci ildə neftin qiymətinin 65-80 dollar/barel olması Rusiya üçün rahat olacaq".
Marja xəbər verir ki, bunu çərşənbə günü müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
"İndi neftin qiyməti təxminən 75 dollar/bareldir. Gələn il 65-80 dollar/barel qiyməti bizim üçün rahat olacaq. Mən qəsdən belə geniş diapazonu götürürəm, çünki bazarda volatillik istisna deyil. 2021-ci il dövlət büdcəmiz neftin qiyməti 43 dollar götürülərək proqnozlaşdırılıb. 2022-ci ilin büdcəsində isə neftin qiyməti 44,2 dollar götürülüb və sosial-iqtisadi inkişaf proqnozu daha yüksək qiymətləri nəzərdə tutur”, - deyə Novak bildirib.
Novak əlavə edib ki, "bazar sabit olub, bu il artan tələbat istehsalın bərpası ilə dəstəklənib".
"Biz gözləyirik ki, 2021-ci ildə ümumi tələbat gündə təxminən 4,5-5 milyon barel artacaq", - Baş nazirin müavini bildirib.
"Keçən ilin payızından sonra qlobal iqtisadiyyatda böyük canlanma baş verdi. İndi biz görürük ki, hətta koronavirusunun Delta və Omikron ştammlarının yayılması əhalinin hərəkətliliyinin azalmasına eyni təsiri göstərmir. Ölkələr pandemiyaya uyğunlaşdı və onlar daha azı “bağlanırlar”. Təbii ki, peyvənd də buna təsir edir - 195 ölkədə artıq milyardlarla dozada peyvənd tətbiq edilib”, - Novak bildirib.
Onun sözlərinə görə, davam edən pandemiyaya baxmayaraq, neft istehlakı artmaqda davam edir. "Bu, onu deməyə əsas verir ki, iqtisadiyyat bərpa olunmaqda davam edir. Artım gələn il də davam edəcək".
Rusiya 2030-cu ilin sonuna qədər neft hasilatını illik 550-560 milyon ton səviyyəsində saxlayacaq. Novak bildirib ki, daxili bazarla ixrac arasında bölgü bazarın vəziyyətindən asılı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
- 9 d. əvvəl
-
12 d. əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
- 16 d. əvvəl
- 23 d. əvvəl
-
37 d. əvvəl
Cəbrayıl və Füzuli rayonlarında yanğın - sərhəd boyunca genişlənməyə davam edir
-
13 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
14 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Ən çox oxunanlar
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























