Rusiyada 600 min rubla qədər maliyyə əməliyyatları valyuta nəzarətindən azad ediləcək
Rusiya Mərkəzi Bankı əlavə sənədlər tələb etməyən xaricə ödənişlərin maksimum məbləğini 200 mindən 600 min rubla qədər artırmağı planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə bazar günü “İzvestiya” qəzeti Rusiya Federasiyası Mərkəzi Bankının sənədlərinə istinadən məlumat yayıb.
Mərkəzi Bankdan “İzvestiya”ya verilən məlumata görə, hazırlanmış düzəlişlər rezidentlərin, o cümlədən xarici ticarət iştirakçılarının yükünü yüngülləşdirməyə yönəlmiş valyuta nəzarəti tələblərinin liberallaşdırılması istiqamətində növbəti addımdır. Dəyişikliklərə görə, əməliyyat üzrə banklara sənədlərin təqdim edilməsi tələbinə tabe olmayacaq əməliyyat məbləğinin yuxarı həddi 200-mindən 600 min rubla qədər artırılır.
Dəyişikliklər artıq hazırlanıb: onların yaxın gələcəkdə qüvvəyə minməsi gözlənilir. Rusiya Bankı bunun dəqiq nə vaxt baş verəcəyini dəqiqləşdirmədən bildirib.
Hazırda rezidentlər sənədləri təqdim etmədən 200 min rubla qədər valyuta əməliyyatları apara bilərlər. Rusiya Vəkillər Kollegiyasının üzvü Timur Eşpulatov “İzvestiya”ya xatırladıb ki, bu hədd 2003-cü ildə qoyulub. Ekspert vurğulayıb ki, bank hüquqi şəxslərin digər banklardakı hesabları ilə apardığı əməliyyatlara nəzarət edə bilməz. Lakin bu qayda fiziki şəxslərə və fərdi sahibkarlara şamil edilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 10 d. əvvəl
-
13 d. əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
- 17 d. əvvəl
- 24 d. əvvəl
-
38 d. əvvəl
Cəbrayıl və Füzuli rayonlarında yanğın - sərhəd boyunca genişlənməyə davam edir
-
13 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
14 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Ən çox oxunanlar
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























