Dövlət-özəl tərəfdaşlığı əsasında yaradılmış müəssisə uşaq bezi və kağız məhsulları istehsal edir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakının Qaradağ rayonunda yerləşən uşaq bezi və kağız məhsulları istehsalı müəssisəsinə infotur təşkil olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların, Dövlət Məşğulluq Agentliyinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin, Ticarət Şəbəkələri Assosiasiyasının və iri ticarət şəbəkələrinin nümayəndələri iştirak ediblər.
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş infoturun məqsədi müəssisənin fəaliyyəti və istehsal etdiyi məhsullar barədə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarını və yerli təchizatçıları məlumatlandırmaq, satış şəbəkələrinə çıxışa dəstək məqsədilə müəssisə və təchizatçıları əlaqələndirmək, müvafiq təşkilatlar və müəssisə arasında əməkdaşlığın genişləndirilməsidir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ticarət Şəbəkələri Assosiasiyasının sədri Samir Abdullayev, “Rafa Group” MMC-nin təsisçisi Turan Özbahceci və digər şəxslərin iştirak etdiyi tədbirdə iştirakçılar istehsal prosesi ilə tanış olublar.
Məlumat verilib ki, “Rafa Group” MMC və Azərbaycan Sənaye Korporasiyasının birgə fəaliyyəti ilə dövlət-özəl tərəfdaşlığı əsasında yaradılmış müəssisədə uşaq bezi və kağız məhsulları istehsal olunur. 2021-ci ildə fəaliyyətə başlamış müəssisədə “Mini Boss” uşaq bezi, “La luna” salfetləri və digər kağız məhsulları istehsal olunur. Müəssisənin məhsulları bir sıra Mərkəzi Asiya və Avropa ölkələrinə ixrac edilir. Müəssisədə 40 nəfər daimi işlə təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
9 d. əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
2 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
Ən çox oxunanlar
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI























