PwC şirkəti Qarabağ Dirçəliş Fondunun kənar auditoru kimi təsdiq olunub
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Fondun yaydığı məlumata görə, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.
İlk olaraq Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov iclas iştirakçılarını salamlayıb. Daha sonra Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı məlumatı təqdim edib.
İclas iştirakçıları “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025)”, “2022-ci il üzrə fandreyzinq və kommunikasiya planı”, “Qrantın verilməsi qaydaları”, “Fondun fəaliyyətinin standartları siyasəti”nin təsdiqi və Qarabağ Dirçəliş Fondunun kənar auditorunun seçilməsi kimi məsələlər barədə geniş müzakirələr aparıb.
İclasın yekununda yuxarıda qeyd olunan sənədlər Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Müşahidə Şurası tərəfindən bir neçə auditor şirkətinin təklifləri nəzərdən keçirilib və PwC şirkəti Fondun kənar auditoru kimi təsdiq olunub.
Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, iclasda təqdim olunan digər məsələlərin növbəti iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 10 d. əvvəl
-
35 d. əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb









.jpg)











