Binalarda liftlərə dair minimal tələblər müəyyənləşib - CƏDVƏL
Azərbaycanda yaşayış binalarında sərnişin liftlərinin minimal sayı və hərəkət sürətinə dair minimal tələblər müəyyən olunub.
Bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən "Yaşayış binaları. Layihələndirmə normaları"da əksini tapıb.
Qeyd edilir ki, yükgötürmə qabiliyyəti 630 və ya 1 000 kq olan liftlərin kabinələrinin eni və uzunu ən azı 2100 х1100 mm olmalıdır və cədvəl adambaşına 18 m2 ümumi mənzil sahəsi, mərtəbənin hündürlüyünün 2,8 m , liftin hərəkət intervalının 81-100 s olması hesabı ilə tərtib edilib. Mərtəbələrdəki mənzil sahələrinin ölçüləri, mərtəbənin hündürlüyü və adambaşına düşən mənzilin ümumi sahəsi cədvəldə qəbul edilmiş ölçülərdən fərqləndiyi hallarda sərnişin liftlərinin sayı, yükgötürmə gabiliyyəti və sürəti hesablama yolu ilə müəyyən edilir.
Normalara görə, yuxarı mərtəbələrdə, çoxsəviyyəli mənzillər olan yaşayış binalarında liftlərin mənzilin mərtəbələrindən birində dayanmasına yol verilir və bu halda liftlərin sayının hesablanması üçün mərtəbəlik lift dayanan mərtəbə üzrə müəyyən edilir.
Bundan başqa, liftlərdə avtomatik təxliyə sistemləri nəzərdə tutulmalıdır və liftin şaxtasında liftə aid olmayan digər qurğuların, avadanlıqların və kommunikasiya xətlərinin layihələndirilməsinə yol verilmir.
Layihədə liftin istiqamətləndiricilərinin bağlanılması üçün şaxtanın divarına sərt bərkidilmiş kronşteynlər(bərkidicilər) nəzərdə tutulmalıdır.
Binanın yerüstü hissəsinin mərtəbəliliyi | Liftlərin sayı | Yükqaldırma qabiliyyəti, kq | Sürəti, m/s | Mərtəbələrdə mənzillərin maksimal ümumi sahəsi, m2 |
9-a qədər | 1 | 630 və ya 1 000 | 1,0 | 600 |
10-12 | 2 | 400 630 və ya 1 000 | 1,0 | 600 |
13-17 | 2 | 400, 630 və ya 1 000 | 1,0 | 450 |
18-19 | 2 | 400, 630 və ya 1 000 | 1,6 | 450 |
20-25 | 3 | 400, 630 və ya 1 000 630 və ya 1 000 | 1,6 | 350 |
20-25 | 4 | 400 400, 630 və ya 1 000 630 və ya 1 000 | 1,6 | 450 |
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 8 d. əvvəl
- 16 d. əvvəl
- 36 d. əvvəl
- 52 d. əvvəl
-
53 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol





.jpg)








.jpg)





