Ölkəmizdə heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı tədbirlərə başlanılıb
AQTA-nın yaydığı məlumatda bildirilir ki, hazırda dünyanın 70 ölkəsində xırdabuynuzlu heyvanlar arasında yayılan taun xəstəliyi ilə bağlı mübarizə tədbirləri həyata keçirilir. Bu xəstəlik qoyun və keçilərin 80%-dən çoxunun cəmləşdiyi və əsas gəlirləri xırdabuynuzlu heyvanların saxlanılmasından əldə edən regionlarda hər il 1,5-2 milyard dollar dəyərində itkiyə səbəb olan yoluxucu xəstəlikdir. Xəstəlik insanlara yoluxmasa da, ciddi iqtisadi itkilərə səbəb olur və vəhşi təbiətdə yaşayan heyvanların da məhv olunması ilə nəticələnir. Eyni zamanda xırdabuynuzlu heyvanların taunu xəstəliyi heyvan mənşəli məhsulların ölkələrarası dövriyyəsinə də maneəçilik yaradır.
Xırdabuynuzlu heyvanların taunu xəstəliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Transsərhəd heyvan xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin (GF-TADs) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərindən biridir və 2030-cu ilə qədər dünyada ləğv olunması nəzərdə tutulur.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (OIE) üzv ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının OIE tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə bağlı müraciət etmək imkanına malikdirlər.
Məlumatda qeyd edilib ki, ölkəmizdə də heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı işlərə başlanılmış və bu sahədə müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 10-12 noyabr 2021-ci il tarixlərində FAO Baş qərargahının iki ekspertinin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində ökəmizin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən azad elan olunması ilə bağlı sənədləşdirilmə işləri, Azərbaycan höküməti tərəfindən hazırlanan müvafiq sənədlərin tamamlanmasına texniki dəstək göstərilməsi nəzərdə tutulur. Həmçinin Agentlik tərəfindən heyvan sağlamlığı və qida təhlükəsizliyi üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyi təhlükəsi mövzusunda maarifləndirmə işləri aparılacaq və xəstəlikdən rəsmi azad ölkə statusunun əldə olunması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
4 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
4 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
4 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar

















.jpg)
