"Füzuli Hava Limanının inşası üçün sementi biz satmışıq" - 4 MİN TON
Azərbaycan hökuməti Qarabağda özünün ilk infrastruktur layihəsi olan yenicə inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışını edib.
"Holcim Azərbaycan" ASC-nin yaydığı məlumatda bildirilir ki, hava limanı 14 yanvar 2021-ci il tarixində inşa olunmağa başlayıb. 2021-ci ilin mart ayında Füzulidə yeni beton zavodu istifadəyə verilib və 2021-ci ilin aprel ayından "Holcim" şirkəti regiona sement təchizatını həyata keçirməyə başlayıb. Ümumilikdə, layihənin həyata keçirilməsi üçün 4 min ton yüksək keyfiyyətli sement tələb olunub.
"Biz Azərbaycan iqtisadiyyatına töhfə verdiyimizə görə çox sevirik və hər zaman müştərilərimizin yanında olmağa və onların nəyə tələbat duyduğunu başa düşməyə çalışırıq. Biz maddi-texniki təchizatla bağlı çətinliklərə baxmayaraq, keyfiyyətə ciddi nəzarət etməklə sement təchizatını vaxtlı-vaxtında həyata keçirə bildik", - deyə "Holcim Azərbaycan" ASC-nin Baş icraçı direktoru Xalid Samaka öz çıxışında qeyd edib.
Sentyabrda "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A340-500" tipli sərnişin təyyarəsi Bakı şəhərindən Füzuli Beynəlxalq Hava Limanına ilk dəfə eniş edib. Hökumət işğaldan azad edilmiş ərazilərin yüksək potensialını nəzərə alaraq, hava limanının regionda iqtisadiyyatın inkişafına kömək edəcəyinə ümid bəsləyir.
"Biz avtomobil yolunun, dəmiryolunun və hava limanı infrastrukturunun inşası üçün nəzərdə tutulan etibarlı və innovativ sement və birləşdirici material növləri təklif edərək tikinti büdcələrinin optimallaşdırılmasına, dayanıqlılığa və layihələrin vaxtında başa çatdırılmasına öz töhfəmizi veririk. Bundan əlavə, müştərilərimiz "Holcim"in logistika xidmətlərinə və sement və beton sınaq mərkəzimizin texniki dəstəyinə etibar edə bilərlər"- bu fikirləri "Holcim Azərbaycan" ASC-nin Kommersiya direktoru Serjiu Stoikov səsləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















