Veysəloğlu “Qayıdış” adlı sərgini elan etdi
“Qayıdış” Qəhrəmanlara Dəstək sərgisinə az vaxt qaldı. Sərgidən əldə olunan gəlir “YAŞAT” Fondu vasitəsi ilə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə yönləndiriləcəkdir.(®) Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi elan olunub.
Sərginin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstək olmaqdır. Sərgidən gələn gəlirin 70 faizi “YAŞAT” Fonduna, 30 faizi isə rəssamlara ödəniləcəkdir.
Sərgi çərçivəsində 3 nominasiyalı müsabiqə elan olunur. Qaliblərə Azərbaycan Rəssamlar İttifaqının, Veysəloğlu Şirkətlər Qrupunun və YAŞAT Fondunun imzası olan diplomlar təqdim olunacaq.
Əsərlərin mövzusu sərbəstdir. Əsərlər əməkdar rəssam heyəti tərəfindən qiymətləndiriləcək.
Qiymətləndirilmə prosesi üçün nümayiş etdirmək istədiyiniz əsərin fotosunu [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Əlavə olaraq, ad, soyadınızı və əlaqə nömrənizi qeyd etməniz xahiş olunur. Əsərlərin qəbulu üçün son tarix: 1 noyabr 2021-ci il.
Sərgi Müasir İncəsənət Mərkəzində 5-11 noyabr, 2021-ci il tarixlərində keçiriləcəkdir.
Ünvan: Müasir İncəsənət Mərkəzi, İçərişəhər, Qüllə küçəsi, 15.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 23 saat əvvəl
-
-
23 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi















.jpg)




