Taxıl sahələri üçün əkin subsidiyaları aqrar sığorta şərti ilə veriləcək
Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu buğda və arpa əkini ilə məğul olan fermerlərə müraciət edib.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması» Qaydasına dəyişiklik edilib. Dəyişikliyə əsasən, 10 hektardan artıq olan əkinlərə görə subsidiyaların alınması üçün həmin sahələrin mütləq qaydada sığortalanması şərti tətbiq edilib.
Hazırda ölkədə payızlıq taxılın – buğda və arpanın əkini prosesi davam edir və Aqrar Sığorta Fondu fermerlərə müraciət edərək bildirir ki, onların əkin subsidiyasını əldə edə bilməsi üçün, fermerlər əkinlərini Електрон Кянд Тясяррцфаты Информасийа Системиндя (EKTİS-дя) bəyan etdirdiyi zaman dərhal sığorta müqaviləsini də əldə etməlidirlər. Əks halda, yəni sığorta müqaviləsini əldə etməyən fermerlərə, adıçəkilən Qaydalaya əsasən əkin subsidiyasının verilməsində imtina ediləcəkdir.
Əkin sahələrinin sığortalanması qətiyyən böyük xərc tələb etmir. Aqrar sığorta qaydalarına əsasən fermerlərə dəstək üçün sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Bunu nəzərə aldıqda, 1000 manatlıq məhsuluq yığıldığı taxıl sahəsi üçün fermerin ödədiyi məbləğ ölkənin böyük hissəsində 7-10 manat arasında dəyişir.
Bu məbləğ müqabilində iş adamları öz əkin sahələrini təbii fəlakətlər, qasırğa, dolu, eləcə də yanğın, vəhşi heyvanlar və üçüncü şəxslərin vurduğu zərərdən sığortalamış olacaqlar.
Başqa sözlə, aqrar sığorta fermerlərə böyük maliyyə yükü yaratmadan onların təsərrüfatlarını bütün əsas risklərdən qoruyacaq.
Aqrar Sığorta Fondu ölkədə taxıl əkinləri ilə məşğul olan fermerlərə aqrar sığorta tələbini xatırladır və onları dövlət dəstəyi ilə bu vacib imkandan istifadə etməyə çağırır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 16 d. əvvəl
-
17 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub


















.jpg)






