"AUTO Azərbaycan" şirkətinin kollektivi şəhidlərin məzərlarını ziyarət edib - FOTOLAR
Hyundai markasının Azərbaycandakı rəsmi distribüteri"AUTO Azərbaycan" şirkətinin kollektivi 27 sentyabr Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş anım günü ilə əlaqədar şəhidlərimizin məzərlarını ziyarət edib və məzarlar önünə gül və çiçəklər düzülüb.
Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş və xalqımızın qürur mənbəyinə çevrilmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Həmçinin Vətən müharibəsində iştirak edən şirkət əməkdaşları ilə görüş zamanı çıxış edən şirkət rəhbərliyi bildirib ki, "Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli addımı və siyasi iradəsi və Silahlı Qüvvələrimizin yüksək şücaəti və döyüş hazırlığı nəticəsində 30 ilə yaxın bir müddətdə davam edən Qarabağ problemi 44 günlük tarixi qələbə ilə başa çatdı və bundan sonra hər bir Azərbaycan vətəndaşının üzərinə böyük məsuliyyət düşür. Belə ki, dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi, sağlamlığını itirmiş qazilərimizi, bütün şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlamaq hər birimizin milli və mənəvi borcudur."
1996-cı ildən bəri fəaliyyət göstərən "Auto Azərbaycan" şirkətinin fəaliyyəti təkcə bizneslə məhdudlaşmır. Mövcud olduğu cəmiyyətin bir hissəsi olmaqla onun gələcək inkişafı üçün məsuliyyət daşıdığını dərk edən şirkət yalnız öz müştərilərini və biznes maraqlarını düşünmür, ümumilikdə hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemlərin bir hissəsini aradan qaldırmaq üçün hər zaman səmərəli addımlar atır.
2010-cu ildən Azərbaycanda keçirilən, "Sən də varsan", "Ailəsini qəzada itirmiş uşaqlara yardım", "Yaşıl ofis", "Zolağı pozma", "Ağıllı Bala" yayımları ilə birlikdə hazırladığı uşaqlar üçün "Yol Hərəkəti Qaydaları" məlumat kitabçası və.s. müxtəlif korporativ sosial məsuliyyət layihələrini özündə birləşdirən "Hyundai Azərbaycan"-ın "Gələcəyimiz Üçün Əl-ələ" layihəsi şirkətin həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramının bir hissəsidir.
Qeyd edək ki, "Auto Azərbaycan" şirkəti II Qarabağ döyüşləri müddətində bir çox sosial yönümlü layihələrdə iştirak edib və "Gələcəyimiz Üçün Əl-ələ" layihəsi adı altında bu istiqamətdə müxtəlif layihələri davamlı olaraq həyata keçiriməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 d. əvvəl
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















