Qızıl alverçisi, qalmaqallı lombard sahibi Ukraynada tutularaq Azərbaycana gətirildi
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, o, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
Məlumata görə, 51 yaşlı Mahmudov paytaxtda yalnız taksi xidmətindən istifadə edib və tez-tez telefon nömrələrini dəyişib. Qızıl alışı və satışı ilə məşğul olan M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. O, Bakıda bir neçə lombardın sahibi olub. Onun xeyli sayda insana qarşı dələduzluq etdiyi bildirilir (lombarda qoyulan qızılları ələ keçirib). Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı dövrü mətbuatda xəbərlər də dərc olunmuşdu. O, daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub.
MTN əməliyyatlarından sonra açılan cinayət işində adı zərərçəkmiş kimi çəkilənlərdən biri də Maqsud Mahmudov idi. Mahmudov iddia edirdi ki, MTN generalı Akif Çovdarov və onun adamlarının qanunsuz hərəkətlərinin qurbanı olub. Qızıl Mahmudov hədə-qorxu ilə milyonlarının əlindən alındığını deyirdi. Lakin məhkəmə yekunda onun mülki iddiasını təmin etməmişdi.
Məlumata görə, Mahmudov özünü "müxalifətin düşməni" elan da edib. O, müxalifətin mitinqlərində də iştirak edib. Mitinqlərə əlində plakatlarla gedən Mahmudov hökumətin lehinə şüarlar qışqırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)







