İşə gəlməyən əməkdaşların maaş kartlarındakı məbləğləri ələ keçirənlərə cinayət işi açıldı
Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmiş Elçin Dinayev və digərlərinin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Baş Proqkurorluğun yaydığı məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilmiş ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, istintaq zamanı sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)



