Rusiyanın beynəlxalq ehtiyatları avqust ayında artıb
Ölkənin beynəlxalq ehtiyatları2,86% artaraq 618,2 milyard dollara çatdıRusiya Mərkəzi Bankından verilən məlumata görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 1 sentyabr 2021-ci il tarixində 618 milyard 181 milyon dollar təşkil edib ki, bu da avqustun əvvəlinə nisbətən 2,86% (və ya 17,18 milyard dollar) çoxdur.
Marja xəbər verir ki, 1 sentyabr 2020-ci il tarixində Rusiyanın beynəlxalq ehtiyatları 594 milyard 422 milyon dollar təşkil etmişdi.
Hesabat ayında valyuta ehtiyatları 4,15% artaraq 485 milyard 484 milyon dollara yüksəlib. Qızılın dəyəri 1,61% azalaraq 132 milyard 697 milyon dollar təşkil etdi.
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları Mərkəzi Bankın və Rusiya hökumətinin yüksək likvidli xarici aktivləridir. Beynəlxalq ehtiyatlar - xarici valyutadakı vəsaitlərdən, xüsusi borclanma hüquqlarından (SDR), BVF-dəki ehtiyat mövqeyindən və qızıldan ibarətdir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
2 saat əvvəl
Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
2 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb




























