ABŞ-da məşğulluqdakı artım proqnozdan çox aşağıdır
ABŞ-da açıqlanan Avqust ayına dair kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatı olduqca zəifdir. İqtisadçıların proqnozu 750 min artım istiqamətindəykən, ölkədə məşğulluq Avqustda 235 min artıb. ABŞ-da məşğulluq Delta variantının təsirilə 7 ayın ən aşağı artımını qeyd edib.ABŞ-da Avqust ayında kənd təsərrüfatı sektoru xaric məşğulluq 235 min artım qeyd edib. Bu, son 7 ayın ən aşağı artımıdır. Artımın azalmasına koronavirusun Delta variantının yayılması səbəb olub.
Marja xəbər verir ki, iqtisadçıların proqnozu ölkədə məşğulluğun 750 min artacağı istiqamətində idi.
ABŞ-da işsizlik nisbəti İyul ayındakı 5,4%-dən Avqustda 5,2%-ə düşüb.
Avqustun əvvəlində kənd təsərrüfatı xaric məşğulluğun İyul ayında proqnozları aşaraq 943 min artdığı açqılanmışdı (indi bu rəqəm 1 milyon 53 minə revizə edilib). ABŞ-da işsizlik nisbətinin iyuldakı 5,4%-dən avqustda 5,2%-ə düşəcəyi proqnozlaşdırılırdı.
ADP məlumatı da zəifdir
Çərşənbə günü ADP özəl sektor məşğulluq məlumatı 625 min nəfər artım proqnozuna qarşı 374 min artım açıqlanmışdı. Cümə axşamı günü həftəlik işsizlik müavinəti müraciətləri isə gözləntilərin üzərində düşərək pandemiya dövründə görülən ən aşağı səviyyə olan 340 min olaraq açıqlanıb.
Məşğulluğun zəif artması Fed-in qiymətli kağız alışını azaltmağa başlayacağı tarixi uzatmasına səbəb ola bilər. Bu səbəbdən məlumatdan sonra qızıl bahalaşır. Bakı vaxtı ilə saat 16:40-da qızılın unsiyası 0,8% bahalşama ilə 1823 dollardan ticarət olunub.
Dollar mühüm valyutalar qarşısında ucuzlaşır.
Fed bəyan edib ki, qiymətli kağız (istiqraz) alışlarının (bu yolla dövriyyəyə pul buraxılır) azaldılması təqvimi üçün əsas məlumat məşğulluq artımı olacaqdır. Fed sədri Cerom Pauel (Jerome Powell) də keçən həftə etdiyi çıxışında məşğulluq bazarının qənaətbəxş bir inkişaf göstərməsilə qiymətli kağız alışlarının azaldamasına bu il başlaya biləcəklərinə işarə etmişdi. Amma əlavə etmişdi ki, qiymətli kağız alışlarının azaldılması dərhal faizlərin də artırılması demək olmayacaqdır və Fed sədrinin bu şərhi qızılın bahalşmasına səbəb olmuşdu.
Məşğulluq məlumatının proqnozdan (750 min) yüksək açıqlanması ABŞ dollarını dəstəkləyərək qızıl qiymətləri üzərində aşağı istiqamətli bir təzyiq yarada bilərdi. Amma bu baş vermədi.
Qeyd edək ki, Fed-in qiymətli kağız alışları yolu ilə pul emissiya etməsini (dövriyyəyə pul buraxmasını) ləğv etməyə başlamasının qızılın ucuzlaşmasına, Dolların isə bahalaşmasına səbəb olacağı nəzərdə tutulur. Əgər məşğulluq zəif artmaqda davam edərsə qiymətli kağız alışlarının azaldılmasına daha gec başlana bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















