Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyalar azalıb
2021-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 59,3 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz az vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,4 faiz azalmışdır.
İstifadə olunmuş vəsaitin 4 milyard 883,0 milyon manatı və ya 69,2 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 639,0 milyon manatı (23,2 faizi) xidmət sahələrinə, 537,3 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 463,7 milyon manatını və ya 63,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 797,1 milyon manatı və ya 68,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,3 faiz, büdcə vəsaitləri 19,6 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, sair vəsaitlər isə 7,1 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bonaqua” Azərbaycanda milli tərəfdaşlıq layihələrini genişləndirir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı Limanında konteyner aşırılması 100 mini keçdi
Dekabrın 19-da gözlənilən hava şəraiti
Dənizdə külək enerjisilə bağlı hesabat təqdim olunub
“Bonaqua” Azərbaycanda milli tərəfdaşlıq layihələrini genişləndirir
Ən çox oxunanlar
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB-də nağd kreditə 6%-dək endirim!
“Euronews”da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında xüsusi veriliş yayımlanıb – Video
Xankəndidə yeni məkan - "Kübar" adlı restoran fəaliyyətə başlayır
Avropa Bankı AccessBank-a 20 milyon dollar ayırır
Yeni ilə - Yeni Nissan Qashgai E-POWER (Hybrid) ilə
bp-yə yeni baş icraçı direktor təyin edildi













.jpg)


