“Ağ şanı” və “Bayanşirə”nin hibridləşməsindən alınıb - Azərbaycanda yeni üzüm sortu yaradılıb
Məhsuldarlığı yüksəkdirKənd Təsərrüfatı Naziliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən yeni üzüm sortu yaradılıb.
“Gəncəvi” adlandırılan üzüm sortu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reyestrində qeydə alınıb.
“Gəncəvi” üzüm sortu Azərbaycanın qiymətli süfrə “Ağ şanı” və texniki “Bayanşirə” üzüm sortlarının hibridləşməsindən alınıb.
Sort universal istiqamətlidir. Həm təzə halda istifadəyə, həm də emal üçün yararlı texnoloji parametrlərə malikdir. Sort valideynləri ilə müqayisədə universal istiqamətli olması, biotik və abiotik amillərə davamlılığı ilə seçilir: çiçəyi ikicinslidir, salxımları iri (uzunluğu 16-22 mm, eni 9-12 mm), konusvarı, orta sıxlıqda, bəzən seyrək şaxələnmiş formadadır, gilələri iri (uzunluğu 17-21 mm, eni 15-19 mm), ovalşəkilli və ya yumurtavarı formada, açıq-yaşıl rəngdədir, ləti ətvari-şirəli olub şirindir. Vegetasiya müddəti 156-164 gün arasında dəyişir. Gilələri sentyabr ayının axırlarında tam yetişir. Gec yetişən sortlar qrupuna mənsubdur.
Mildiu, oidium və boz çürümə xəstəliklərinə qarşı davamlılıq və dözümülülük (tolerantlıq) nümayiş etdirir. Məhsuldarlığı yüksəkdir. Becərmə sistemindən və şəraitindən, tənəyin formasından asılı olaraq məhsuldarlığı fərqli olur. Suvarılma şəraitində bir tənəkdə barlı zoğların miqdarı 60-80%; bar əmsalı 0,75-1,1; salxımların kütləsi 220-500 q; bir tənəyin məhsulu 7,2-12,4 kq, hektardan məhsuldarlıq 159-220 s/ha arasında dəyişir. Tənəklərinə çoxqollu yelpik formasının verilməsi, bar barmaqlarının 12-16 gözcüyə kəsilməsi, 50-56 gözcük yükünün verilməsi məsləhətdir (suvarma şəraitində). Dəmyə şəraitində isə sortun tənəklərinə kordon (birçiyinli və ikiçiyinli), Güyo və üçqollu yelpik forması verməklə, budama zamanı 28-34 gözcük saxlamaq olar.
Salxımları ümumi kütləsinə görə şirə çıxımı 81,3%; qabıq və lətin qalığı 11,7%; daraq 3,6%; toxum 3,4% olur. 100 gilənin kütləsi 282,8 qr, 100 toxumun kütləsi 3,8 qr - dır. Salxım və gilələrinin xarici görünüşü gözəldir, gilələrinin dadı və ətri harmonikdir. Dequstasiya qiyməti yüksək olmaqla 9 baldır. Salxım və gilələrin xarici görünüşü 3 balla, gilələrin dadı və aromatı 4 balla, qabıq və lətin xarakteri 2 balla qiymətləndirilib. Sort universal istiqamətli olub, perspektivlidir. Gilələrdə şəkərlilik 18-20 q/100 sm3, titirlənən turşuluq isə 6,8-8,0 q/dm3 arasında dəyişir. Təzə halda istifadə ilə yanaşı, müxtəlif növ ağ şərabların, üzüm şirəsinin istehsalı və qurudulma üçün yararlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
35 d. əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
40 d. əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 51 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bank marketinq agentliyi xidmətləri satın alır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir









.jpg)









