Uşaqlıq arzusu 70 yaşında gerçəkləşdi - öz şəxsi raketində Kosmosa uçdu
2022-ci ildən Kosmosa təkcə astronavtlar yox, adi insanlar da uçacaq...Bugün ingilis biznesmen, milyarder Riçard Branson çoxdankı arzusunu və ABŞ tarixində bir ilki həyata keçirib: şəxsi raketində Yerdən 80 km hündürlüyə - Kosmosla Yerin sərhədinə səyahət edib.
Marja xəbər verir ki, milyarder uşaqlıq arzusunu hələ 2004-cü ildə qurduğu şirkət - Virgin Galactic-in hazırladığı VSS Unity kosmik gəmisində 3 işçisi və 2 pilotla birgə gerçəkləşdirib.
Kosmosa uçmaq üçün istifadə olunan, şaquli qalxıb-enən ənənəvi raketlərdən fərqli olaraq, xüsusi hazırlanmış təyyarə Branson və komandasının içində olduğu kiçik kosmik gəmini yer səthindən 15 km hündürlüyə qədər qaldırıb. Daha sonra təyyarədən ayrılan kosmik gəmi 1 dəqiqə içində səsdən 3 dəfə çox sürət götürərək, kosmosun sərhədinin başladığı nöqtəyə - 80 km hündürlüyə çatıb.
Qravitasiya qüvvəsinin təsiri altında “çəkisizlik vəziyyətinə” düşən kosmik gəmi pilotların köməyi ilə orbital dövr edərək, Yerdən buraxıldığı nöqtəyə - ABŞ-ın Nyu-Meksiko ştatındakı kosmodroma qayıdıb.
Bransonun şirkəti 2022-ci ildən hər kosmik gəmidə 2 pilot olmaqla 6 şəxsi kosmosa səyahətə aparmağı planlaşdırır. Artıq 600 yerin rezervasiya edildiyi səyahətlər üçün biletin qiyməti 200-250 min dollar arasında dəyişir.
Xatırladaq ki, daha bir milyarder, hazırda planetin ən zəngin adamı, Amazon şirkətinin sabiq rəhbəri Cef Bezos iyulun 20-də Blue Origin kosmik gəmisi ilə daha yüksəyə - yerdən 100 km hündürlüyə qalxacağını bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)


.jpg)







