"2 mindən artıq iribuynuzlu heyvan sığortalanıb"
"Aqrar sığortaya əvvəlki illərdə görünməyən maraq var. Ötən illərdə həm sığorta müqaviləsinin sayı, həm də yığılan sığorta haqlarının məbləği az olduğu halda, biz bu ilin ilk üç ay ərzində təqribən 12 min hektar əkin sahəsini (əsasən buğda, arpa, üzüm və pambıqçılıq təsərrüfatları) sığortalamışıq".
Marja xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.
O əlavə edib ki, 2 mindən artıq iribuynuzlu heyvan sığortalanıb: "İndiyədək ümumilikdə 2 milyon manata yaxın sığorta haqqı toplanılıb. İlin əvvəlindən indiyədək yığılan sığorta haqları isə 1,7 milyon manat təşkil edir. Bunun 1,2 milyon manatı heyvanların sığortasından, təqribən 500 min manat isə əkin sahələrinin sığortasından daxil olub. Bu yaxşı bir göstəricidir və ilin sonunadək onun 3-4 qat artmasını gözləyirik. Xatırladım ki, aqrar sığorta icbari deyil, könüllüdür. Təsərrüfatını sığortalamış şəxslər isə öz qazanclarını və gəlirlərini qoruyurlar".
Qeyd edək ki, hazırda aqrar sığorta vasitəsilə 14 növ bitkini, kənd təsərrüfatı heyvanlarından isə südlük inəkləri sığortalamaq mümkündür. Yeri gəlmişkən, qarşıdakı aylarda bu siyahı həm bitkilər, həm də heyvanlar üzrə genişlənəcək. Sığorta tarifləri və sığorta haqlarına gəlincə, Aqrar Sığorta Fondu bu barədə daim ictimaiyyəti məlumatlandırır. Heyvanların sığortalanması üçün tariflər 6,1%-9,5% arasında dəyişir. Sığorta haqqının yarısını da dövlət ödəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)







