970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Pandemiyada 114 milyon insan işini itirib

Məşğulluq səviyyəsi 2019-cu ilin göstəricilərinə ən yaxşı halda il yarıma çatacaq...
AzVak-mobil_resmin_ustu_31
Pandemiyada 114 milyon insan işini itirib

Özündə ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya kimi iqtisadi nəhənglər də daxil olmaqla 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2021-ci il üzrə Məşğulluq Proqnozu Hesabatını bugün təqdim edib.

Marja qurum rəsmilərinə istinadla xəbər verir ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal miqyasda işini itirənlərin sayı 2019-cu illə müqayisədə 114 milyon nəfər, OECD məkanında isə 22 milyon nəfər artıb.

Reklam_3_11

OECD ölkələrində iqtisadiyyatın canlanması nəticəsində iş yerlərinin bir hissəsi bərpa olunsa da, 2021-ci ilin mayında işsiz insanların sayı 43,5 milyon nəfər təşkil edib. Bu isə 2020-c ilin fevralı ilə müqayisədə 8,1 milyon nəfər çoxdur. İşsizlik faizi may ayında 6,6% olub (pandemiyadan əvvəlki səviyyədən 2,2% çox).

Ölkələr arasında ciddi fərqlər var, misal üçün, Kolumbiya və Kosta Rikada işsizlik səviyyəsi 2020-ci ilin fevralına nisbətən 2021-ci ilin mayında 4% artıbsa, Avstraliya və Fransada fərq 0 faizə yaxın olub.

Hesabatda qeyd olunur ki, qlobal miqyasda məşğulluq səviyyəsinin pandemiyadan əvvəlki göstəriciyə çatması ən yaxşı halda 2022-ci ilin sonunda mümkün olacaq.

07.07.2021 15:37
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19