Müqavilələrdə “966”nın qeyd olunması tələbi qoyuldu
Azərbaycan Respublikasının Baş Nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə 16.03.2020-ci il tarixində verilmiş tapşırıqlar nəzərə alınmaqla Mərkəzi Bankda vətəndaşların fərdi və kollektiv şəkildə qəbulu müvəqqəti olaraq dayandırılmışdır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların yerində qəbulunun müvəqqəti təxirə salınması ilə əlaqədar olaraq vətəndaşların onlayn şəkildə qəbulu istiqamətində əlavə işlər görülmüşdür. Belə ki, vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsində “İstehlakçıların hüquqları” bölməsinə daxil olmaqla öncədən qəbula yazılmadan rəsmi iş günlərində saat 10:00-dan 11:00-dək Skype və ya Whatsapp proqramı vasitəsilə videoqəbulda iştirak edə bilərlər. Videoqəbulla bağlı nəzərdə tutulmuş saatlarda hər hansı səbəbdən əlaqə saxlaya bilməyən vətəndaşlar Mərkəzi Bankın “966” qaynar xəttinə zəng etməklə, onlayn və ya yazılı şəkildə rəsmi müraciət ünvanlamaqla və ya 055 966 19 66 “Whatsapp” nömrəsinə mesaj yazmaqla videoqəbula yazıla bilərlər.
Qeyd olunanlarla yanaşı, ölkəmizdə pandemiyanın geniş miqyas aldığı dövrdən etibarən Mərkəzi Bankın “966” qaynar xətti iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını təmin etmiş, eyni zamanda vətəndaşların onlayn qəbuluna başlanılmışdır.
Həmçinin istehlakçıların maliyyə xidmətləri sahəsində qarşılaşdığı suallar və problemlər barəsində məlumat əldə etməsi, həmçinin sorğu və şikayətlərinin bildirməsi üçün əlçatanlığın təmin edilməsi məqsədi ilə respublika ərazisində fəaliyyət göstərən bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinə vətəndaşlarla rəsmiləşdirilmiş müqavilələrdə “966” qaynar xəttinin qeyd olunması tələbi qoyulmuşdur. Eyni zamanda həmin təşkilatlara inzibati binalarında (filial, nümayəndəliklər) “966” qaynar xətti barəsində vətəndaşların diqqətini cəlb edən yerlərdə məlumat lövhəsinin yerləşdirilməsi tapşırığı da verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








