“AccessBank”da yeni təyinat
Vüsalə Kazımova Komplayens şöbəsinin rəhbəri təyin olunubVüsalə Kazımova “AccessBankda” Komplayens şöbəsinin rəhbəri vəzifəsində fəaliyyətə başlayıb.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, xanım Kazımovanın bank sektorunda 16 ildən çox təcrübəsi var. O, karyerasına 2005-ci ildə "Azər Türk Bank"da başlayıb və uzun illər ərzində Bankda müştərilərə xidmət üzrə müxtəlif vəzifələrdə işləyib. “AccessBank”-da fəaliyyətə başlamazdan öncə Vüsalə Kazımova “Azər Türk Bank”da Daxili Nəzarət və Maliyyə Monitorinqi Departamentinin direktor müavini vəzifəsində çalışıb.
V.Kazımova Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə bakalavr və magistr dərəcələrini alıb, “Commerzbank”, “Raiffeisenbank”, “Ziraat Bankası” kimi qabaqcıl banklarda təlimlərə qatılıb, təcrübə keçib.
Bundan başqa, xanım Kazımova çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə CAMS (Certified Anti-Money Laundering Specialist) sertifikatına malik mütəxəssisdir.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)




.jpg)











