“AzerGold” dövlətə ilk dəfə dividend ödəyəcək
“AzerGold” bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən, Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödəyəcək.
Marja xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5 iyul – Cəmiyyətin fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf edən geoloqlar ilə görüş zamanı bildirib.
Sədr, həmçinin dövlət şirkətinin 5 ildə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. Bildirilib ki, Azərbaycanın son 20 ildə əldə etdiyi iqtisadi-siyasi uğurlar ölkəmizin təkcə regional səviyyədə deyil, qlobal miqyasda da rolunun artması irihəcmli iqtisadi layihələrin icrasına, ümumilikdə iqtisadiyyatın bütün sahələrinin tərəqqisinə birbaşa təsir edib. Bu məqam dağ-mədən sektoruna da təsirsiz ötüşməyib.
İdarə Heyətinin sədri əlavə edib ki, 2016-cı ildə fəaliyyətə 1 mədənin - “Çovdar” qızıl mədənin istismarından başlayan Cəmiyyət hazırda 2 mədəndə hasilat işləri aparır. Qısa dövrdə “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olunub. Ümumilikdə Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqlar qrupuı, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir. Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır.
Zakir İbrahimov tək bir mədənin – Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənin istismarı nəticəsində bugünədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edildiyini qeyd edib. Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu bildirən sədr bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını vurğulayıb. Z.İbrahimov “AzerGold”un bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcəyi haqqında da məlumat verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
- 8 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 47 d. əvvəl
-
50 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb























