Sahibkarlığın İnkişafı Fondu kapital bazarına 200 milyon manat pul qoyacaq
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlar bazarında əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 120 manatdır.
İddiaçılar ilkin sənədləri iyulun 9-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 19-u, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 310-23-02.
Tenderin nəticəsi iyulun 22-də, saat 15:00-da Portalda açıqlanacaq. Qalib investisiya şirkəti Fonda 3 il müddətində xidmət göstərəcək. Bu müddətdə Fond 200 milyon manat məbləğində sərbəst vəsaitini kapital bazarına yönəldərək repo əməliyyatlarından gəlir əldə etməyi planlaşdırır.
XXX
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satınalınması məqsədi ilə açıq tender elan edir
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 120 manatdır.
Sahibkarlığın İnkişafı Fondu
VÖEN: 1305619841
Hesablaşma hesabı: AZ03PAHA36015AZNHC0100089628
Bankın adı: PAŞA Bank ASC
Kod: 505141
VÖEN: 1700767721
Müxbir hesab: AZ82NABZ01350100000000071944
S.W.I.F.T. PAHAAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqandan arayış;
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
iddiaçının tam hüquqi adı statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat.
Tenderin Əsas şərtlər toplusunda qanunvericiliklə nəzərdə tutulan və tələblərindən irəli gələn digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 09 iyul 2021-ci il saat 15.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 19 iyul 2021-ci il saat 15.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 22 iyul 2021-ci il saat 15
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
14 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
15 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
15 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
16 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar










.jpg)







.jpg)

