Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
İlk dəfə olaraq Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə konteyner blok qatarı yola salınıb.
“ADY Konteyner” MMC-nin yaydığı məlumata görə, Qatarın “Poti-Daşkənd” marşrutu üzrə operatorları Gürcüstanın “GR Logistics and Terminals”, Azərbaycanın “ADY Konteyner”, Türkmənistanın TULM və Özbəkistanın “Ozbektemiryolekspeditsiya” şirkətləridir.
Tranzitlə Azərbaycan ərazisindən keçəcək qatar hər biri 40 futluq olmaqla 58 konteynerdən ibarətdir. Qatarla Orta Asiyaya Avropa İttifaqı ərazisində istehsal olunmuş alüminium tərkibli sənaye məhsulları daşınır.
Konteynerlər Bakı limanına çatdıqdan sonra operatoru “ADY konteyner” şirkəti olan fider gəmisi vasitəsilə Türkmənbaşı limanına göndəriləcək. Daha sonra qatar Türkmənistan və Özbəkistan dəmir yolları vasitəsilə yoluna davam edəcək.
Bu layihə üzrə ümumilikdə 200 ədəd konteyner daşınacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
34 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























