Azərbaycanın zavodu yenidən zərərlə işləməyə başlayıb
“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ASC 2020-ci ili 407 min manat zərərlə başa vurub. Halbuki, zavod 2019-cu ildən 87 min manat mənfəətlə çıxmışdı.
Ötən il səhmdar cəmiyyəti 738 min manat gəlir əldə edib. Bu isə əvvəlki illə müqayisədə 2,1 dəfə azdır. Hesabat dövründə qurumun xərcləri isə 21 % azalaraq 1,145 milyon manata düşüb.
Bu il yanvarın 1-nə “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu”nun aktivləri 18 milyon 498 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,2 % azdır. O cümlədən zavodun öhdəlikləri 0,7 % azalaraq 5 milyon 776 min manata düşüb, balans kapitalı isə dəyişməyərək 12 milyon 723 min manat olub.
Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb. Zavodun nizamnamə kapitalı 11 milyon 855 min manatdır.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
54 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
55 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib















.jpg)








