Apreldə Azərbaycanın ixracı kəskin artıb - 90%-İ NEFT-QAZ İLƏ BAĞLIDIR
Lakin bu ilin ötən dövründə idxalın yüksək olması ilə əlaqədar olaraq Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi cüzi artıb.2021-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi9 milyard 893 milyon 247 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə xarici ticarətin həcmi 9 milyard 688 milyon 252 min ABŞ dolları təşkil etmişdi.
Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayında idxal 3 milyard 528 milyon 909 min ABŞ dolları (2020-ci ilin ilk 4 ayında 3 milyard 381 milyon 820 min ABŞ dolları), ixrac isə 6 milyard 364 milyon 338 min ABŞ dolları (2020-ci ilin ilk 4 ayında 6 milyard 306 milyon 432 min ABŞ dolları) təşkil edib. İxracın 90%-ə yaxını neft-qa sektoruna aid mallar üzrə olub.
2021-ci ilin yanvar-aprel dövründə xarici ticarət əməliyyatları üzrə müsbət saldo 2 milyard 835 milyon 429 min dollar təşkil edib (ötən ilin eyni dövründə 2 milyard 924 milyon 613 min dollar təşkil etmişdi). İlk 4 ayda idxal ixracdan daha çox artdığından saldo azalıb.
APRELDƏ İXRAC KƏSKİN ARTIB
2021-ci ilin Aprel ayında ixrac 2021-ci ilin ötən dövründə ən yüksək məbləğli aylıq ixrac olub. Belə ki, yanvar-mart dövründə aylıq 1 milyard 164 milyon dollar -1 milyard 624 milyon dollar civarında olmuş aylıq ixrac apreldə 2 milyard 226 milyon 327 min dollara yüksəlib. Mart ilə müqayisədə Apreldə ixrac 1,6 dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






