AzTV ilk dəfə maliyyə hesabatını açıqlayıb - ZƏRƏRLƏ İŞLƏYİRMİŞ
“Azərbaycan Televiziya və Radio Verlişləri” QSC (AzTV) 2019-cu ili 2 milyon 598 min manat xalis zərərlə başa vurub.
Bu, 2018-ci ilə nisbətən 53,2% və yaxud 2,1 dəfə azdır.
2019-cu ildə AzTV-nin gəlirləri 34 milyon 242 min manat (2018-ci illə müqayisədə 5,1% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 32 milyon 938 min manat (1,4% çox), birja əməliyyatlarından gəlirləri 541 min manat (5,9 dəfə çox), sair əməliyyat gəlirləri isə 763 min manat (əvvəlki il olmayıb) təşkil edib.
İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36 milyon 75 min manat (3,5% az), o cümlədən sərf etdiyi materialların dəyəri 1 milyon 17 min manat (7,8% çox), əmək haqqı xərcləri 19 milyon 21 min manat (16,6% çox), amortizasiya xərcləri 4 milyon 851 min manat (17,4% az), sair əməliyyat xərcləri isə 11 milyon 861 min manat (20,8% az) təşkil edib.
2019-cu ildə AzTV 90 min manat mənfəət vergisi ödəyib ki, bu da 2018-ci illə müqayisədə 4,7 dəfə çoxdur.
2020-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 27 milyon 514 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% azdır. Hesabat dövrünə qurumun öhdəlikləri 4 dəfə artaraq 2 milyon 553 min manata çatıb, balans kapitalı isə 11% azalaraq 24 milyon 961 min manata düşüb.
Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident Ilham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





